atatv.az
atatv.az

"Ayda 170 manat maaş alan müəllim həkimə getsə sabah yeməyə çörək tapacaqmı?" - deputat

12-05-2018, 15:02

"Ayda 170 manat maaş alan müəllim həkimə getsə sabah yeməyə çörək tapacaqmı?" - deputat
“Depuatların əmək haqlarının nə qədər olmasını mən dəqiq deyə bilmərəm. Bu beş min də, on min də ola bilər. Əmək haqları arzuyla müəyyən olunmur”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deputatların maaşlarının artırılmasına münasibət bildirərkən deyib.
F.Mustafa həmkarı Qüdrət Həsənquliyevin maaşlarla bağlı fikirlərinin də media tərəfindən təhrif olunduğunu bildirib:

“Depuatların əmək haqlarının nə qədər olmasını mən dəqiq deyə bilmərəm. Bu beş min də, on min də ola bilər. Əmək haqları arzuyla müəyyən olunmur. Qüdrət Həsənquliyevsə öz çıxışında bildirmişdi ki, Azərbaycanda əmək haqları azdır. Deputatın maaşı 8 min, Milli Məclisin sədrinin maaşı 10 min və prezidentin maaşı 15 mindirsə, həkimin də, müəllimin də maaşı 5 min olmalıdır”. Bunu da media təhrif edib ancaq deputatlara yüksək maaş tələb olunur deyə yanlış məlumat kimi insanlara çatdırdı. Bu da Azərbaycan mediasında peşəkarlığın aşağı olmasından irəli gələn bir məsələdir. Yəni mətni biri yazır və digərləri də onu götürüb paylaşırlar. Çıxışda məqsəd o idi ki, əhalinin maaşı qalxsın. İnsanların maaşı çox aşağıdır və bu maaşla və ya təqaüdlə dolanışıq imkanına sahib deyillər. Bunu millət vəkili dilə gətirdi, amma onu insanlara başqa cür çatdırdılar”.


F.Mustafa deyib ki, indiki maaşla heç kim dolana bilmir:

“İndiki maaşla nə məmur, nə həkim, nə də müəllim yaşaya bilir. Bir dəfə həkimə gedib MRT etdirmək üçün 140-150 manat pul ödəməlisən. Dədələrinin qiymətini üstünə qoyublar. Ayda 170 manat maaş alan müəllim həkimə getsə, sabaha yeməyə çörək tapacaqmı? Bunu düşünən yoxdu. Ümumiyyətlə təhlil qabliyyətinin olmaması, insanların öz xeyrinə olan fikirləri belə topa tutmağa imkan yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930