atatv.az
atatv.az

Aqil Məmmədov YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin fəalları ilə onlayn görüş keçirdi

14-04-2020, 17:30

Aqil Məmmədov YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin fəalları ilə onlayn görüş keçirdi

Millət vəkili Aqil Məmmədov YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin fəalları ilə onlayn görüş keçirmişdir.

Görüşdən öncə Aqil Məmmədov kəlbəcərliləri salamlamış və məlum səbəblərdən seçicilərlə planlaşdırdığı görüşün mövcud vəziyyətə görə baş tutmaması ilə əlaqədar təəssüf hissi keçirdiyini bildirmişdir. Görüş zamanı dünyanı cənginə almış koronavirus epidemiyasından və onunla bağlı ölkəmizdə , eləcə də kəlbəcərlilərin sıx məskunlaşdığı ərazilərdə aparılan mübarizədən söz açılmış və camaatı narahat edən məsələlər müzakirə olunmuşdur.Vətəndaşlarla görüşə toxunan A.Məmmədov bildirmişdir ki, təbliğat zamanı mən söz vermişdim ki, hər bir kəlbəcərlinin deputatı olacağam, onlarla yerlərdə mütamadi görüşlər keçirib onları narahat edən problemlərin həllinə çalışacağam.Bu gün ölkədə koronavirusla aparılan mübarizə çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə görə biz yerlərdə hazırda vətəndaşlarla görüş keçirə bilmirik.Ölkəmiz bu mübarizədən üzüağ çıxandan sonra baxmayaraq ki, Milli Məclis tərəfindən deputatların ayda iki dəfə yerlərdə vətəndaşlarla görüşləri nəzərdə tutulub, biz əhalimizin pərakəndə yaşadığını nəzərə alaraq 4 və daha çox görüşün keçiriləcəyini planlaşdırmışıq. Millət vəkili Aqil Məmmədov bir daha diqqəti koronavirus epidemiyası ilə bağlı ölkədəki mövcud vəziyyətə cəlb edərək, bildirmişdir ki, dövlətimiz bütün dünyanı bürümüş bu bəlaya qarşı mübarizədə ilk gündən xalqının yanında olmuşdur və ölkə başçısı cənab İlham Əliyevin çevik siyasəti, vaxtında həyata keçirdiyi ciddi önləyici tədbirlər nəticəsində ölkəmizdə vəziyyət hazırda bir çox ölkələrə nisbətən xeyli qənaətbəxş səviyyədədir. Aqil Məmmədov əminliklə qeyd etmişdir ki, bundan sonra da dövlət vətəndaşlarının sağlamlığı və rifahı üçün əlindən gələni əsirgəməyəcəkdir.Aqil Məmmədov hər bir kəlbəcərlini karantin rejiminin tələblərinə qeyri-şərtsiz əməl etməyə çağırmış, ailəmizin, cəmiyyətimizin və dövətimizin gələcəyi naminə əl-ələ verərək, birlik və bərabərlik göstərərək Cənab İlham Əliyevin virusla apardığı mübarizədə ona dəstək olmalı Cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son günlərdə xalqa ünvanladığı “Biz birlikdə güclüyük ” şüarını rəhbər tutaraq öz vətəndaşlıq vəzifəmizi layiqincə yerinə yetirməliyik deyə bildirmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930