atatv.az
atatv.az

Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR / VİDEO

22-05-2020, 10:14

Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR / VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən açıqlamada, son günlər koronavirusa yoluxanların çox olduğu ərazilər sırasında Lənkəran rayonunun Boladı, Şağlaser, Separadi, Vilvan və Şiləvar kəndlərinin də adları çəkilir. Bu səbəbdən həmin kəndlərdə polis postları saxlanıb.

Atatv.az Xezerxeber.az-a istinadla xəbər verir ki, eyni zamanda vətəndaşların sosial izolyasiya tədbirlərinə riayət etmələri ilə bağlı polis əməkdaşları və mobil qrupların üzvləri profilaktik söhbətlər aparırlar.

Bununla yanaşı, sözügedən ərazilərdə küçələr xüsusi məhlulla dezinfeksiya olunur. Sakinlər onların sağlamlığının qorunması üçün həyata keçirilən bu tədbirlərə görə minnətdarlıqlarını ifadə edirlər.

Qeyd edək ki, Lənkəran rayonunun giriş hissələrindəki bütün postlar hələ də qalmaqdadır. Bununla yanaşı, TƏBİB tərəfindən yoluxmanın daha çox olduğu yaşayış məntəqələrinin sakinlərindən nümunələr götürülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930