atatv.az
atatv.az

Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam edir

27-05-2020, 19:39

Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir


Gəncədə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq əhali arasında
maarifləndirmə işləri davam etməkdədir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının
tapşırığına uyğun olaraq yaradılan mobil qrup üzvləri Nizami və Kəpəz rayon
ərazilərində fəaliyyət göstərən bir sıra ticarət və iaşə obyektlərinə reyd ediblər.
Reyd zamanı sahibkarlara karantin rejiminin yumşaldılmasından sonra belə Operativ
Qərargahın tələb və tövsiyyələrinə əməl edilməsinin önəmi bir daha vurğulanıb. Bildirilib
ki, xidmət sahələrinin işçiləri karantin rejiminə uyğun olaraq tibbi maska və əlcəkdən
istifadəsi mütləqdir. Mobil qrup üzvləri sahibkarlara şəxsi qiqiyena ilə yanaşı işlədikləri
xidmət sahələrinin də təmiz saxlanılmasını və dezinfeksiyaedici məhlullardan istifadə
etmələrini xatırladıblar.
Eyni zamanda mobil qrup üzvəri sakinlər arasında da profilaktik söhbətlər aparıblar,
vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıblar. Söhbət
əsnasında Bank və ATM-lərin qarşısında sosial məsafənin qorunması, habelə sakinlərin
qrup şəklində bir araya toplanmaması məsləhət görülüb. Həmçinin, sakinlərə tibbi
maskalara paylanılıb.
Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və
əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa
öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət
məsuliyyəti yaradır.
Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı
sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və
xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində
tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

AtaTv.az


Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir
Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam  edir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031