atatv.az
atatv.az

Həkimlərdən XƏBƏRDARLIQ -Enerji içkiləri təhlükəlidir – VİDEO

1-06-2018, 14:27

Həkimlərdən XƏBƏRDARLIQ -Enerji içkiləri təhlükəlidir – VİDEO
Son illər həyatımıza sürətlə daxil olan enerji içkiləri, artıq gündəlik təlabatımızın bir hissəsinə çevrilib. Qida rasiyonumuz üçün vacib ərzaqların bir çoxunu üstələyən bu içkilərə meyillilk durmadan artır. Həkimlər isə, xəbərdarlıq edir: bu kimi içkilərdən mütəmadi istifadə düzgün deyil.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Azər Maqsudov (Baş toksikoloq): “Əsasən energetik içkilərin bir hissəsi vitamin maddələrinin qarışığıdır”.

Bir çox hallarda enerji içkilərini xüsusi dad üçün spirtli içki ilə də qəbul edirlər. Son zamanlar isə, təlabat nəzərə alınaraq, bu içkilərin alokoqol qarışıqları da piştaxtalara yol açıb. Ölkənin baş toksikoloqu bunun yolerilməz olduğunu deyir.

Azər Maqsudov (Baş toksikoloq): “Bədəndə maddə mübadiləsi pozulur. Həm mədə-bağırsaq, həm ürək-damar, həm də ağciyər tərəfdən fəsad verə bilər”.

Psixoloqlar isə bu içkilərə meyilliyin insanlarda şüuraltı formalaşdığını deyirlər.

Vəfa Əkbər (Psixoloq): “İnsanlar özünü inandırır, nələrisə özünə tablo seçir. O gərginlikdən azad olmaq istəyəndə, həmin içkidən tapır”.

Azərbaycan bazarında 20-dən çox məhsul var. 3 brend ümumi bazarın 80-85 faizinə nazərət edir. Gündəlik satış isə 100 min ədəddir.

Hazırda dünyanın bir çox ölkəsində enerji içkiləri yalnız apteklərdə satılır. Rusiyada isə, tərkibində 8 faizə qədər alkoqol olan enerji içkilərinin satışına qadağa qoyulub. Ekperlər Azərbaycanda da bu içkilərlə bağlı xüsusi mexanizmin hazırlanmasının zəruri olduğunu deyirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930