İtkin hesab edilən əsgərin nəşi tapıldı - Fotolar

cemiyyet
13 yan 2021
16:22
İtkin hesab edilən əsgərin nəşi tapıldı - Fotolar


Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, söhbət 25 yaşlı hərbi qulluqçu Mirzəyev Şirzad Mirzə oğlundan gedir. Şəhidimiz bu gün Göygöl rayonunda yerləşən Şəhidlər Xiyabınında dəfn edilib.

Ş. Mirzəyev Murovdağda, Ömər aşırımı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəli olan şəhidin 1 qız övladı var.

Qeyd edək ki, Müdafiə Nazirliyinin itkin düşmüş hərbçilərlə bağlı yaydığı məlumatda Ş. Mirzəyevin də adı var.
İtkin hesab edilən əsgərin nəşi tapıldı - Fotolar
İtkin hesab edilən əsgərin nəşi tapıldı - Fotolar
27.01.2021
14:09
Sabahın hava proqnozu