atatv.az
atatv.az

“Azərxalça”ya yeni mətbuat katibi təyin olunub

22-06-2018, 17:51

“Azərxalça”ya yeni mətbuat katibi təyin olunub
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni mətbuat katibi təyin olunub

Bu vəzifəyə Tural Səfərov gətirilib.
Qeyd edək ki, T.Səfərov 1984-cü ildə anadan olub. Əmək fəaliyyətinə Naxçıvan Dövlət Televiziyasında redaktor olaraq başlayıb. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqram buraxılış və əlaqələndirmə direksiyasının direktoru olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi işləyib, həmçinin bir müddət mətbuat şöbəsinin müdiri vəzifəsini əvəz edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzetinə baş redaktor təyin edilib. Eyni zamanda “Cahan Press” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru olub.
Xatırladaq ki, “Azərxalça”nın mətbuat katibi vəzifəsində əvvəllər Ləman Ələşrəfqızı çalışıb. “Real” televiziyası fəaliyyətə başlayandan sonra o, bu telekanala keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930