atatv.az
atatv.az

Milli Məclis üzvləri iki aylıq məzuniyyətə çıxdı

30-06-2018, 17:12

Milli Məclis üzvləri iki aylıq məzuniyyətə çıxdı
Milli Məclisinin sədri, sədr müavinləri və üzvləri məzuniyyətə çıxıb.

Məzuniyyət avqustun 30-a qədər davam edəcək.

MM üzvləri iki aylıq məzuniyyət pulu ilə təmin ediliblər. Məzuniyyət pulu deputatın parlamentdə tutduğu postdan asılı olaraq müvafiq qaydada 2 aylıq vəzifə maaşı miqdarındadır.

Qeyd edək ki, hazırda Milli Məclisin sədri 2475 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vəsait ödənilir. “Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031