atatv.az
atatv.az

Çirkab suların Xəzərə axıdılmasına görə Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələnib

7-07-2018, 13:10

Çirkab suların Xəzərə axıdılmasına görə Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələnib
Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzər dənizi sahili zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Atatv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sözügedən əraziyə keçirilən baxış zamanı çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı aşkar olunub. Araşdırma zamanı çirkab suların Sumqayıt Su Kanal İdarəsinə məxsus kanalizasiya şəbəkəsindən təxliyə üçün nəzərdə tutulan boru xətdən birbaşa dənizə axıdıldığı müəyyən edilib.

Faktla bağlı Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.


Belə hallara bir daha yol verilməməsi üçün İdarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930