atatv.az
atatv.az

Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı doğulub

7-07-2018, 17:31

Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı doğulub
Ötən il erməni təxribatı nəticəsində həyatını itirən Zəhranın qardaşı dünyaya gəlib

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşıb.

Füzuliyə il mərasiminə gedən K. Ağazadə uşağa Murad adının qoyulduğunu bildirib:

“Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi Muradıdır. O, mütləq Zəhranın qisasını düşmənlərimizdən alacaq”.

Qeyd edək ki, 2017-ci ilin iyulun 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930