atatv.az
atatv.az

Göyçayda taxıl sahəsində GÜCLÜ YANĞIN: Yüksək gərginlikli elektrik xətləri üçün TƏHLÜKƏ

16-07-2018, 13:37

Göyçayda taxıl sahəsində GÜCLÜ YANĞIN: Yüksək gərginlikli elektrik xətləri üçün TƏHLÜKƏ
Göyçayda güclü yanğın baş verib.

Yanğın Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləki olduğu üçün yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verfiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib.

Hazırda yanğın davam edir və indiyədək 60 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlər "Azərenerji"nin yüksək gərginlikli elektrik dirəklərini alovdan mühafizə ediblər. Ümumilikdə 1000 hektar taxıl sahəsi, nar bağlarının alovdan mühafizəsi üçün tədbirlər görülür.
Yanğının vətəndaşlar tərəfindən törədildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır. (apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031