atatv.az
atatv.az

Havanın temperaturu 4-8 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

27-04-2018, 15:17

Havanın temperaturu 4-8 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müayisədə 4-7 dərəcə aşağı enəcək.

Aprelin 28-i axşam qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında aprelin 30-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930