atatv.az
atatv.az

““Azərbaycan dilinin Orfoqrafiya Qaydaları”nın yekun variantı hazırdır” -İsa Həbibbəyli

28-04-2018, 16:02

““Azərbaycan dilinin Orfoqrafiya Qaydaları”nın yekun variantı hazırdır” -İsa Həbibbəyli
“Dünən Azərbayacan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib. İşçi qrupu “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsinin yekun variantını Orfoqrafiya Komissiyasına təqdim edib”.

Atatv.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, İşçi qrupunun sədri, akademik İsa Həbibbəyli deyib.

AMEA-nın vitse-prezidenti bildirib ki, Orfoqrafiya Komissiyasına layihə üzrə təqdim edilən müddəalar yalnız Nazirlər Kabineti təsdiq etdikdən və Orfoqrafiya lüğəti çap olunduqdan sonra qüvvəyə minir.

“Orfoqrafiya Komissiyasında sözlərin yazılışına dair qəbul olunacaq yekun variantlar yalnız bundan sonrakı dövrdəki ədəbiyyata, mətbuata aid olacaq. Bu vaxta qədər yazılmış klassiklərimizin əsərlərinin və mətbuatın dilinin bura aidiyyatı yoxdur. Həmçinin, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb və bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək”.

İsa Həbibbəyli qeyd edib ki, Orfoqrafiya Komissiyası layihə baxıldıqdan sonra may ayının ortalarında Nazirlər Kabinetinə təqdim edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930