atatv.az
atatv.az

Rusiya prezidenti dünya çempionatındakı favoritini açıqlayıb

26-05-2018, 09:52

Rusiya prezidenti dünya çempionatındakı favoritini açıqlayıb
Rusiya prezidenti Vladimir Putin dünya çempionatındakı favoritini açıqlayıb.

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, o, İspaniya milli komandasını əsas favoritlər arasında gördüyünü söyləyib.

V.Putin beynəlxalq mətbuat nümayəndələri ilə görüşdə bildirib ki, Rusiya ölkə infrastrukturunun müasirləşdirilməsini istəyir və futbol üzrə dünya çempionatını keçirməyə qadirdir: "Biz bu dünya çempionatının hamı üçün bayram olmasını istəyirik və buna nail olacağıq".

Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930