Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu

dunya
14 yan 2021
09:14
Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu


ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır.

Bu barədə “NBC News” məlumat yayıb.

Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyət tərəfindən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Lakin Senat ona bəraət qazandırıb.

Lakin Nümayəndələr Palatası növbəti dəfə Trampın impiçmenti üzrə qətnamənin qəbuluna səs verib. Müzakirələr zamanı 232 Konqres üzvü sənədi dəstəkləyib, qanunverici orqanın 197 üzvü ona qarşı çıxıb, 5 nəfər səsvermədə iştirak etməyib. İndi qətnaməyə Senat baxmalıdır.

Xatırladaq ki, Konqresin Nümayəndələr Palatası 1968-ci ildə sabiq prezident Lindon Consona və 1998-ci ildə Bill Klintona da impiçment elan edib. Senat onlara da həmçinin bəraət qazandırıb.
16.01.2021
11:48
Metro bağlı olacaq
16.01.2021
11:14
Salonlar açılır
15.01.2021
18:34
ANAMA ləğv edildi