Gürcüstanda azərbaycanlı qardaşların tapdığı əşya partladı: Bir nəfər öldü - FOTO

dunya
1 mar 2021
16:58
Gürcüstanda azərbaycanlı qardaşların tapdığı əşya partladı: Bir nəfər öldü - FOTO

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

“Report” xəbər verir ki, hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarət alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partladığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.
Gürcüstanda azərbaycanlı qardaşların tapdığı əşya partladı: Bir nəfər öldü - FOTO
10.04.2021
11:38
Bakıda gəmi yanır
10.04.2021
10:09
DİN-də yeni TƏYİNAT