atatv.az
atatv.az

Boris Conson: “Mübarizəmiz rus xalqına deyil, Kreml rəhbərliyinə qarşıdır”

27-03-2018, 16:59

Boris Conson: “Mübarizəmiz rus xalqına deyil, Kreml rəhbərliyinə qarşıdır”“Avropa İttifaqı ölkələrinin və Qərbin rusiyalı diplomatları xaric etməsi qərarı Rusiya ilə bağlı beynəlxalq xəyal qırıqlığını göstərir”

“Avropa İttifaqı ölkələrinin və Qərbin rusiyalı diplomatları xaric etməsi qərarı Rusiya ilə bağlı beynəlxalq xəyal qırıqlığını göstərir”.

APA-nın xəbərinə görə, bunu BBC telekanalına müsahibəsində İngiltərənin xarici işlər naziri Boris Conson deyib. O bildirib ki, İngiltərə və onun müttəfiqlərinin bu addımı rus xalqına qarşı deyil: “Avropa ölkələri də gördülər ki, belə bir hadisə onların ölkəsində də baş verə bilər. Onlar bunun yeni bir təhlükə olduğunu və Rusiyanın sivil normalara hörmətsiz yanaşdığını gördülər. Bu mübarizə Kremlin və onun hazırkı rəhbərliyinə qarşıdır. Rusiya böyük ölkədir, ancaq böyüklük bu şəkildə olmamalıdır. Biz Rusiyanın bitməyən təxribatlarını artıq kifayət qədər görmüşük”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə diplomatların Qərb ölkələrindən çıxarılmasını ədəbsizlik (“xamstvo”) adlandırıb. O bildirib ki, bu ədəbsizliyə cavab verəcək.

Qeyd edək ki, ABŞ, Kanada, Norveç, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə, eləcə də Aİ üzvlüyünə namizəd Makedoniya və Albaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripalın Britaniyanın Soslberi şəhərində kimyəvi silah hücumuna məruz qalması ilə əlaqədar rusiyalı diplomatları ölkədən çıxarmaq barədə qərar qəbul edib. Təkcə ABŞ-ı 60 rusiyalı diplomat və kəşfiyyatçı tərk etməli olacaq. Böyük Britaniya isə artıq 23 rusiyalı diplomatı xaric edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031