Livanda matəm günü elan OLUNUB

dunya
14 okt 2021
21:54
Livanda matəm günü elan OLUNUB

Livanın baş naziri Nəcib Mikati Beyrutdakı atışmalarda ölənlərin xatirəsinə 15 oktyabr tarixini matəm günü elan edib.

Bu barədə Livan hökumətinin dəftərxanası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “15 oktyabr cümə günü bugünkü hadisələrin qurbanları üçün ümumi matəm günü elan ediləcək”.

Matəm günündə bütün dövlət qurumları, dövlət və özəl məktəblər bağlanacaq.