atatv.az
atatv.az

Suriyada terror: 200-dən çox ölü

26-07-2018, 10:06

Suriyada terror: 200-dən çox ölü
Suriyadakı törədilən partlayışlar nəticəsində 200-dən çox ölən var.

Atatv.az bildirir ki, Suriyanın cənubunda Əs-Suveydə əyalətində törədilən partlayışlar nəticəsində azı 215 adam ölüb.

Xatırladaq ki, ilk partlayış Əs-Suveydə əyalətində bazarın ərazisində terrorçu-intiharçı tərəfindən törədilib.

Bir qədər sonra Əl-Musallah şəhərində də güclü partlayış baş verib.

———-

21:54

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb.

Atatv.az report.az-a istinadən bildirir ki, bu barədə “Al Hadath” telekanalı Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.

İlk hadisə terrorçu-kamikadzenin özünü Əs-Süveyd şəhərindəki bazarda partlatması nəticəsində baş verib. Bundan sonra Əl-Musalleh rayonunda da növbəti partlayış törədilib. Partlayışlar zamanı ümumilikdə 183 nəfər həlak olub.

Daha əvvəl hadisə zamanı 150 nəfərin həlak olduğu bildirilirdi.

Hər iki partlayışın terrorçular tərəfindən törədildiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031