atatv.az
atatv.az

Dünyada 325 milyon insan hepatit virusundan əziyyət çəkir

28-07-2018, 14:07

Dünyada 325 milyon insan hepatit virusundan əziyyət çəkir
Bu gün Ümumdünya Hepatit Günüdür.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata əsasən, dünyada təxminən 325 milyon insan hepatit virusundan əziyyət çəkir.

Lakin bu xəstələrin əksəriyyəti özlərini müalicə etdirə bilmir. Hətta onlardan 300 milyonunun hepatit B cə C-nin daşıyıcısı olmalarından xəbəri yoxdur.

Qeyd edək ki, 2015-ci ildə hepatit virusu səbəbndən 1,34 milyon insan ölüb.

Xatırladaq ki, hepatit virusunun hepatit A (HAV), hepatit B (HBV), hepatit C (HCV), hepatit D (HDV) və hepatit E (HAV) olmaqla 5 növü var. Ancaq bunlardan ən çox ölümə səbəb olanı hepatit B və hepatit C viruslarıdır.

Hepatit B və C viruslarına yoluxma səbəbləri əsasən, nəzarətsiz şəkildə qan köçürmə, istifadə edilmiş şpris mübadiləsi, diş fırçası kimi əşyaların ortaq istifadəsi, natəmiz şərtlərdə insan bədəninə edilən döymə və pirsinq (bədənin deşilməsi), cinsi əlaqə və anadan körpəyə doğum əsnasında keçməsi şəklində sıralanır.

Virusa yoluxmaqdan qorunmanın ən etibarlı üsulları sırasında hepatit A və hepatit B peyvəndinin edilməsidir. Hepatit C virusu üçün isə hələ bir peyvənd yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031