atatv.az
atatv.az

64 nəfərin diri-diri yandığı obyektin sahibi kimdir? - ARAYIŞ

27-03-2018, 18:26

64 nəfərin diri-diri yandığı obyektin sahibi kimdir? - ARAYIŞLent.az Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət mərkəzinin sahibiylə bağlı bəzi bilgilər əldə edib

Kemerevoda yaşayan azərbaycanlı iş adamlarından birinin agentliyə verdiyi məlumata görə, faciə baş verən “Qış albalısı” ticarət mərkəzinin sahibi Denis Ştengelov adlı biznesmendir.

“Denisi yaxşı tanıyırdıq. O da biznesə 90-cı illərdə gəlib. Yerli bazarda topdan günəbaxan tumu satışıyla məşğul idi. Bundan sonra özünə şirkət təsis etdi. Tədricən günəbaxan tumlarını qızardılmış və paketlənmiş biznesinə girişdi. Burada böyük uğur qazana bildi. Bir neçə il ərzində isə vafli, şokolad, karamel istehsalıyla məşğul olmağa başladı. Həmin ərəfədə Kemerevo, Novokuznetsk, Prokopyevsk, Novosibirsk, Tomsk kimi şəhərlərin əksər ərzaq mağazalarında ancaq Ştengelovun məhsulları satılırdı. Təxminən “Roşen”in Ukraynadakı tutduğu mövqeni Ştengelovun şirkəti Qərbi Sibirdə tutmuşdu. Heç bir Moskva şirkəti regiona şirniyyat məhsulları göndərə bilmirdi”.

Həmsöhbətimizin dediyinə görə, Ştengelov bir neçə il əvvəl əksər biznesinin Rusiyadan çıxarmışdı, Avstraliyada yaşayırdı.

“Qış albalısı" onun Kemerevodakı azsaylı obyektlərindən biriydi. Dünən yerli televiziya xəbər yaydı ki, Ştengelov həlak olanların hər birinin ailəsinə 3 milyon rubl (təxminən 52 min dollar) kompensasiya ödəyəcək . Bundan başqa o, Rusiyaya qayıdıb istintaqın suallarına cavab verməyə də hazırdı”.

Qeyd edək ki, yanan ticarət mərkəzində 64 nəfər ölüb.
Atatv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031