atatv.az
atatv.az

Facebook-a qarşı təhqiqat davam edir: Zukerberq ABŞ konqressinə dəvət olundu

28-03-2018, 09:36

Facebook-a qarşı təhqiqat davam edir: Zukerberq ABŞ konqressinə dəvət olundu
Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ kongressinə dəvət olunub.

Atatv.az-ın verdiyi xəbərə görə, o sosial şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanması ilə bağlı dinləmələrdə ifadə verəcək.

Daha öncə Zukerberq Böyük Britaniya parlamentində keçirilən analoji dinləmələrdə iştirak etməkdən imtina edib.

Xatırladaq ki, martın əvvəlində 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarının siyasi konsaltinq və siyasi reklam üzrə ixtisaslaşan Cambridge Analytica şirkətinə ötürülməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Cambridge Analytica ABŞ prezidenti seçkiləri zamanı Donald Trampın seçkiqabağı qərargahı ilə əməkdaşlıq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031