ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

T ə b r i k

Baxış Sayı:888

T ə b r i k


Bir-iki gündən sonra yurdumuza xoş təravəti, isti nəfəsi, sevimli və sevincli anları ilə qədəm qoyacaq Novruz-Bahar bayramının gəlişi, bir daha xalqımızı sevindirəcək. Bu bayramın gəlişi hər kəsin qəlbinə yeni bir nəfəs, yeni bir sevinc hissi, yeni bir əhvali-ruhiyyə bəxş edəcək, küslülərin barışmasına da səbəb olacaq. Belə bir səbəblər üzündən də, bütövlükdə xalqımızı, yer kürəsində yaşayan bütün müsəlman qardaş və bacılarımızı, vətənimizin hər bir övladını səmimi qəlbdən təbrik edib, hər kəsə uzun ömür, cansağlığı arzulayıram. Arzum budur ki, əsrlər boyu xalqımızın qəlbində yaşadılan, nə qədər təpkilər olsa belə heç zaman unudulmayan, bahar fəslinin müjdəsi hesab olunan, hər kəsin gələcəyə ümidlə baxmasına imkanlar açan Novruz-Bahar bayramı xalqımıza düşərli olsun, hər kəsin həyat yollarına yeni bir işıq saçsın, taleyüklü problemimiz olan DQ probleminin qısa zaman kəsiyində ədalətli həllinə, xalqımızın daha sıx birləşməsinə, üz-üzə qaldığı hər bir problemin həllinə, arzu və niyyətlərinin çin olmasına səbəb olsun. Bütün bunları nəzərə alaraq müdrik siyasi xadim, hər zaman fəaliyyətini xalqımızın və dövlətimizin milli maraqlarının təmin olunması yöndə həyata keçirən ölkə rəhbəri cənab İlham Əliyev başda olmaqla bütövlükdə xalqımızı ürəkdən təbrik edib, hər kəsə xoş günlər, firəvan həyat arzulayıram.

ATAtv.az xəbər portalının rəhbəri Bayramov Rəsafil

Oxşar xəbərlər
SON XƏBƏRLƏR