atatv.az
atatv.az

Fransa klubunun prezidenti “Qarabağ”ın oyunçusu üçün Azərbaycana gəlib

16-08-2019, 20:03

Fransa klubunun prezidenti “Qarabağ”ın oyunçusu üçün Azərbaycana gəlib

"Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan karyerasını başa vura bilər.
APA-nın Fransa mətbuatına istinadən məlumatına görə, 28 yaşlı oyunçunun yenidən bu ölkəyə qayıtmaq şansı yaranıb.
A. Zubirə ötən mövsüm Liqa1-i tərk edən "Genqam” "elçi” düşüb. Vinger axtarışında olan komanda qısa müddətdə Mərakeş əsilli futbolçunu heyətində görmək arzusundadır. Bu məqsədlə "Genqam”ın prezidenti Bertrand Desplat və menecer Stefan Kornonun hazırda Bakıda olduğu da bildirilir. Onlar "Qarabağ”la danışıqları yekunlaşdırıb, transferi tezliklə həll etməkdə maraqlıdırlar.




Qeyd edək ki, A. Zubir "Qarabağ”a Fransanın "Lans” klubundan gəlib. Ötən ilin yayında Ağdam təmsilçisinə qoşulan futbolçu 2020-ci ilin yayınadək Azərbaycan klubuna məxsusdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30