atatv.az
atatv.az

Ərəblər və yəhudilər İrana qarşı — MƏXFİ DETALLAR

16-08-2019, 20:05

Ərəblər və yəhudilər İrana qarşı — MƏXFİ DETALLAR

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (Bəə) İrana qarşı mübarizə üsullarını müzakirə etmək üçün bir neçə gizli görüş keçirib.

"Ölkə.Az" xəbər verir ki, danışıqlar ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi və dövlət katibi Mayk Pompeonun siyasi məsələlər üzrə baş məsləhətçisi Brayan Huk tərəfindən əlaqələndirilib. Ümumilikdə iki belə görüş keçirilib: biri 2019 -cu ilin əvvəlində, ikincisi isə "bir qədər sonra" (onların keçiriləcəyi dəqiq tarix və yerlər açıqlanmır). Danışıqlarda tərəflər "informasiya mübadiləsi aparıb və İran tərəfindən artan təhlükəyə qarşı mübarizə üzrə səyləri koordinasiya ediblər", - deyə materialda bildirilib. Qeyd edək ki, bu, yalnız tərəflərin simvolik jestləri deyildi: görüşlər İsrail ilə BƏƏ arasında diplomatik, hərbi və kəşfiyyat əlaqələrini dərinləşdirməlidir. "Street Journal"ının mənbəsi bu səylərin İran tərəfindən çoxsaylı təhdidlərin qarşısını almaq və neytrallaşdırmağa kömək etdiyini qeyd edib. Onların arasında həm terror aktları, həm silahların qanunsuz dövriyyəsi, həm də kiberoperasiya olub.

İsrailin BƏƏ ilə diplomatik əlaqələri yoxdur. Ərəb ölkələrinin əksəriyyəti kimi, Birləşmiş Ərəb Əmirlikləri İsrail dövlətini fələstinlilərə qarşı siyasəti səbəbindən tanımaqdan imtina edib. Lakin son illər İran tərəfindən həyata keçirilən "proseslər" zəminində ölkələr bir-birinə yaxınlaşıb. İyul ayında "The National Interest" jurnalı yazıb ki, amerikalılar İranın qarşısının alınması məsələsində üsullara yenidən baxmalıdırlar. O cümlədən, "Yaxın Şərq NATO-nu"yaradaraq, region üzrə müttəfiqlərə daha çox səlahiyyət vermək təklif olunub. Bu ittifaqa isə Səudiyyə Ərəbistanı, Misir, İordaniya və BƏƏ daxil olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30