atatv.az
atatv.az

Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil - ETSN

19-08-2019, 11:49

Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil - ETSN

Şabran və Quba rayonu sərhədindəki ərazidə başlanan yanğın meşə ərazisi deyil.

Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, həmin ərazi bələdiyyə fonduna aiddir: "Yanğın baş verən ərazinin meşə fonduna aidiyyəti yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə cəlb edilib, yanğının meşə ərazisi və digər sahələrə keçməsinin qarşısını almağa çalışırlar".

Xatırladaq ki, bu gün səhər saatlarında Quba və Şabran rayonlarının sərhədində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829