atatv.az
atatv.az

Polkovnik MİQ 29-un qara qutusunun tapılması xəbərini təkzib edib

19-08-2019, 14:21

Polkovnik MİQ 29-un qara qutusunun tapılması xəbərini təkzib edib

"Qəzaya uğrayan MiQ-29 təyyarəsinin "qara qutusu”nun tapılması ilə bağlı xəbərləri təkzib ediblər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında itkin düşmüş pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, onlara "qara qutu”ya yaxın olan ayrı-ayrı hissələrin tapıldığı deyilib:
"Müraciət etdiyimiz axtarış qrupunda çalışan polkovnik Elşad Pənahov "qara qutu”nun tapılması ilə bağlı mediada gedən xəbərlərin tam həqiqətə uyğun olmadığını söylədi. Məlumatı dəqiqləşdirərək ətraflı bizə məlumat verəcəyini vəd etdi”.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyi gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin "qara qutusu” tapılaraq dənizdən çıxarılması ilə bağlı xəbər yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829