atatv.az
atatv.az

Deputat İqbal Məmmədov “Relaks”dakı insidentlə bağlı açıqlama YAYDI

19-08-2019, 18:00

Deputat İqbal Məmmədov “Relaks”dakı insidentlə bağlı açıqlama YAYDI

Milli Məclisin deputatı İqbal Məmmədov “Relaks” istirahət və turizm mərkəzində baş verən insidentlə əlaqədar KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

Modern.az-ın məlumatına görə, deputat bildirib ki, həmin istirahət mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı oğlu Məmmədov Çingiz Nəriman oğludur:

“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqidm olunması təmin ediləcək.

Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı KİV-də yayılan məlumatlar yalandır, heç bir hüquqi əsası yoxdur.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829