atatv.az
atatv.az

Generalın bacısı oğluna vəzifə verildi — FOTO

20-08-2019, 13:14

Generalın bacısı oğluna vəzifə verildi — FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Atatv.az-ın azvision.az -a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenatı Samir Həsənov təyinat alıb.

Samir Həsənov yeni təyinatadək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi olub. O, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.

Xatırladaq ki, bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi olmuş polis polkovniki Ədalət Sadıqov may ayında vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30