atatv.az
atatv.az

Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür?

21-08-2019, 14:48

Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür?

Belçikan Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.

Offsideplus.az bildirir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.

Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar ki, eyni olub: "Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır".

Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031