atatv.az
atatv.az

"Qarabağ" Şimali İrlandiya çempionu ilə mübarizəyə çıxır

22-08-2019, 12:00

"Qarabağ" Şimali İrlandiya çempionu ilə mübarizəyə çıxır

Bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsində 21 oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, 42 komanda turnirin pley-off mərhələsində qruplarda mübarizə aparmaq üçün ilk oyunlarına çıxacaq.

Bu komandalardan biri də "Qarabağ" olacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 22:45-də Şimali İrlandiyanın paytaxtı Belfastın "Uindzor Park" arenasında yerli çempion "Linfild"lə qarşılaşacaq.

Görüşü İsveçrədən olan Zandro Şerer idarə edəcək. Ona Ştefan de Almeyda, Bekim Zoqay və Fedayi San kömək etməyə çalışacaq.

Qeyd edək ki, cavab oyunu avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031