atatv.az
atatv.az

İntihar edən gənclərdən yeni xəbər

23-08-2019, 16:57

İntihar edən gənclərdən yeni xəbər

Bu gün yerli mətbuatda dünən axşam saatlarında Bərdənin Qasımbəyli kəndin sakinlərin intihar etməsi ilə bağlı xəbər yayılıb. Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb. Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.

Milli.Az bildirir ki, Press.az saytı məsələ ilə bağlı Qasımbəyli kənd bələdiyyəsi ilə əlaqə saxlayıb.

Bələdiyyədən kənddə belə bir intihar hadisəsinin baş vermədiyini bildiriblər: "İntihar edən hər iki gənc bizim kənddə yaşamırlar. Əgər belə bir hadisə baş versə idi mütləq bizim xəbərimiz olardı".

Bərdə rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxlanılıb. Xəstəxanadan verilən məlumata görə Tural İlyasov Qasımbəyli deyil, Birinci Qaradəmirçi kənd sakinidir:"O, xəstəxanaya yaralı gətirilən zaman dərhal əməliyyat olunsa da həyatını xilas etmək mümükün olmayıb. Digər intihar edən 19 yaşlı gənc qız isə xəstəxanamıza daxil olan zaman ölmüşdü.

Hər iki faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031