atatv.az
atatv.az

Mehriban Əliyeva: günəş banu...

26-08-2019, 01:10

Namiq ATABƏYLİ
(yazıçı-publisist, şair, ədəbi tənqid və nəzəriyyəçi)

Mehriban Əliyeva: günəş banu...


Mehriban Əliyeva: günəş banu...Dünya siyasi tarixində xüsusi hökmdarlıq keyfiyyətləri ilə seçilən qadınlar az olmamışdır. Massaget-skif xaqanı Tomris, Şotland kraliçası Mariya Stüart, İngilis kraliçası I Elizabet, Rusiya çariçası II Yekaterina, Azərbaycan Atabəylərindən Cəlaliyyə xatun (Naxçıvan hakimi) və Zübeydə xatun (Xilat hakimi) Eldənizlər kimi. Bunun əsas genetik zəmini, məncə, bəşər tarixinin ilk hakimiyyət səhifəsinin matriarxatlıq olması ilə bağlıdır. Bəlkə də, dahi sənətkarımız Cəfər Cabbarlı “Ana” şeirində Analıq hökmünün bu ilk tarixi statusuna - matriarxata işarətlə Azərbaycan qadınına öz şair qəlbinin “rahib itaətkarlığını” bu cür vəsf etməkdə tamamilə haqlı olmuşdur:

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana... Ana... Sənə mən rahibəm itaətdə!..

Mehriban xanımın Ad Günü bütün xalqımızın ümummilli bayramıdır. Odur ki, qızım Aynur Atabəylinin qardaş Türkiyənin ikinci əsas siyasi qəzeti- “Orta Doğu”-da (MHP-nin orqanıdır) 4 mart 2011-ci ildə dərc edilmiş “Bir şiir Mehrinan Hanım için” adlı 8 Mart təbrikini Ata.Tv.az Saytının virtual oxucularına təqdim edirəm.
Mənim də iki qız övladım vardır. Kiçik qızım-Gülnar BDU-nun İnformatika (bakalavr), ADNA-nın Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin iqtisadi kibernetika bölməsini (magistr) Fərqlənmə Diplomu ilə bitirmişdir. Böyük övladım Aynur Atabəyli (Fərəcova) isə ADNA-nı bitirəndən sonra, qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Bahçeşehr Universitetində marketinq-menecer ixtisası üzrə magistr təhsili almışdır. Aynur “Avropa Oyunları. Bakı-2015.” komitəsində dizayner kimi ilkl əmək fəaliyyətinə başlamışdır. Atam ADU-nun jurnalistika fakültəsində Nəsir İmanquliyevin, özüm isə fililogiya fakültəsində Mir Cəlal Paşayevin tələbəsi olmuşuq. Odur ki, Paşayevlər ocağına həmişə, Atabəylər nəsli olaraq, sonsuz məhəbbət və hörmət hissləri ilə yanaşmışıq. Ümidvaram ki, belə də davam edəcəkdir!..
Hesab edirəm: virtual oxucularım böyük qızımın 8 il əvvəl yazdığı bu mənzum təbrikə böyük məmnuniyyətlə qoşularaq, Respublikamızın Birinci Vitse-Prezidentinin 26 Avqust (2019) tarixli doğum günü sevincini bizə qoşularaq, səmimi qəlbdən bölüşəcəklər.
Hörmətli Mehriban xanım! Allah Sizi Müstəqil Azərbaycanımızın başı üzərindən heç vaxt əskik eləməsin. Sizi ailəm və bütün oxucularım adından Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Hörmətlə, Namiq Atabəyli (yazıçı-publisit)
E-mail: [email protected]

Ata.Tv.az



Mehriban Əliyeva: günəş banu...
Mehriban Əliyeva: günəş banu...
Mehriban Əliyeva: günəş banu...
Mehriban Əliyeva: günəş banu...
Mehriban Əliyeva: günəş banu...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30