atatv.az
atatv.az

25 yaşadək hər kəs bu testdən keçməlidir

26-08-2019, 09:24

25 yaşadək hər kəs bu testdən keçməlidir

İngiltərədə yerləşən İmperial Kollecin mütəxəssisləri cinsi yolla keçən klamidiya xəstəliyinə qarşı peyvənd hazırlayıblar.

Atatv.az xəbər verir ki, peyvəndin insanlar üzərindəki ilk sınağı uğurla başa çatıb.

Yenliyin 5 il ərzində bazara çıxarılması planlaşdırılır.

Sınağın nəticələri "Lancet Infectious Diseases" dərgisində yayımlanıb.

Bununla yanaşı, cinsi xəstəliklər üzrə elm adamları klamidiya xəstəliyindən qorunmağın ən effektiv üsulunun prezervativ olduğunu bildirir.

Qeyd edək ki, klamidya qorunmasız cinsi əlaqə yolu ilə yayılan bakterial infeksiya xəstəliyidir. Bu bakteriya sperma və ya vagina suyunda yaşayır. Xəstəliyə yoluxan insanlarda heç bir simptom olmadığı üçün infeksiya "səssiz xəstəlik" adlandırılır. Xəstəlik antibiotiklə müalicə olunmasa, ciddi komplikasiyalara səbəb ola bilir və sonsuzluq yaradır.

25 yaşdan aşağı hər insanın klamidya testindən keçmələri məsləhətdir. Bu testlər evdə də həyata keçirilə bilər.(unikal.org)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031