atatv.az
atatv.az

Gəncənin icra başçısı mütamadi olaraq vətəndaşlarla görüşür

27-08-2019, 10:36

Gəncənin icra başçısı mütamadi olaraq vətəndaşlarla görüşür

Gəncənin icra başçısı mütamadi olaraq vətəndaşlarla görüşür

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq, mütəmadi şəkildə sakinlərlə görüşür, onların şikayət və təkliflərini dinləyir. Növbəti qəbulda iştirak edən vətəndaşlar öz müraciət və təkliflərini “açıq mikrofon” şəraitində dilə gətiriblər.

Əsas müraciətlər işə qəbul, həyatyanı torpaq sahəsinin verilməsi, daxili yolların təmiri, ictimai nəqliyyat vasitələrinin sayının artırılması və marşrut xəttləri üzrə hərəkət edən avtobusların iş saatının uzadılması ilə bağlı olub.

Müraciətləri tək-tək dinləyən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə həyata keçirilən abadlıq və quruculuq işlərindən danışıb. O bildirib ki, şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri, habelə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdirilir.

Görüş zamanı dilə gətirilən bir çox problem öz həllini tapıb, bəzi məsələlərin isə araşdırılması tapşırılıb.

AtaTv.az
Gəncənin icra başçısı mütamadi olaraq vətəndaşlarla görüşür






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031