atatv.az
atatv.az

Azərbaycanlı hərbi pilotlar MiQ-29-larla təlim keçəcək

27-08-2019, 18:05

Azərbaycanlı hərbi pilotlar MiQ-29-larla təlim keçəcək

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə "TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə sentyabrın 2-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 "Kasa" təyyarələri, Mi-35, Mi-17, "Sikorski" UH-70, CH-47 "Çinok" və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031