atatv.az
atatv.az

Bakı polisindən insanları narahat edən çay evləri ilə bağlı AÇIQLAMA

28-08-2019, 11:36

Bakı polisindən insanları narahat edən çay evləri ilə bağlı AÇIQLAMA
Paytaxt polisi cəmiyyətdən gələn çağırışlara cavab olaraq, sakinləri narahat edən problemlərin həlli üzrə tədbirləri davam etdirir.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də tam aradan qaldırılıb:

"Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə keçirdiyi profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib. İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqazzidd olması vurğulanıb.

Yaşayış binasının qarşısında yaranan vəziyyət - çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, rok musiqi sədaları altında əylənmələri sakinlərin rahatlığının pozulması ilə bağlı Baş İdarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930