atatv.az
atatv.az

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır - Səbətlər

29-08-2019, 11:00

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır - Səbətlər



Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2019-2020-ci il mövsümü üzrə püşkatma mərasimi keçiriləcək.

Milli.Az xəbər verir ki, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünəcək. Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Turnirin yeni reqlamentinə əsasən, 26 komanda qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Qalan 6 komanda isə seçmə mərhələsindən qoşulub.

Qrup mərhələsini qalib kimi başa vuran 8 komanda qrup ikinciləri ilə qarşılaşdırılacaq. Səkkizdəbir final mərhələsində eyni ölkəni təmsil edən komandaların görüşü UEFA-nın reqlamentinə əsasən mümkün deyil.

Qaydalara görə, komandaların adları dörd səbətə yerləşdirilib.

Birinci səbətdə UEFA Çempionlar Liqasının ("Liverpul") və UEFA Avropa Liqasının ("Çelsi") qalibi və UEFA-nın ən yüksək reytinqinə sahib olan altı ölkənin çempionları qərarlaşıb.

Bölgü belədir:

1-ci səbət: "Liverpul" (İngiltərə - hazırkı çempion), "Çelsi" (İngiltərə - UEFA Avropa Liqasının qalibi), "Barselona" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Yuventus" (İtaliya), "Paris Sen-Jermrn" (Fransa), "Zenit" (Rusiya).


2-ci səbət: "Real Madrid" (İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Benfika" (Portuqaliya).

3-cü səbət: "Lion" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Valensiya" (İspaniya), "İnter" (İtaliya), "Dinamo" (Zaqreb, Xorvatiya).

4-cü səbət: "Lokomotiv" (Moskva, Rusiya), "Genk" (Belçika), "Qalatasaray" (Türkiyə), "Leypsiq" (Almaniya), "Slaviya" (Praqa, Çexiya), "Srvena Zvezda" (Serbiya), "Atalanta" (İtaliya), "Lill" (Fransa).

Tədbir zamanı ilin ən yaxşı kişi və qadın futbolçusu, 2018-2019-cü il mövsümündə UEFA Çempionlar Liqasının ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçusu da açıqlanacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 17-18-də, oktyabrın 1-2-də, oktyabrın 22-23-də, noyabrın 5-6-da və 26-27-də, dekabrın 10-11-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930