atatv.az
atatv.az

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

31-08-2019, 13:41

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Anews.az-a bildiriblər ki, hadisə beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı 20 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930