atatv.az
atatv.az

"Supermodellər əsri"nin banisi vəfat etdi - Monikanı, Ancelinanı da çəkib

4-09-2019, 16:25

"Supermodellər əsri"nin banisi vəfat etdi - Monikanı, Ancelinanı da çəkib

Əfsanəvi fotoqraf Peter Lindberq vəfat edib.

Bu barədə fotoqrafın nümayəndələri "İnstaqram"da məlumat paylaşıblar.

O, sentyabrın 3-də, 74 yaşında dünyadan köçüb.

Lindberqin həyat yoldaşı, dörd oğlu və yeddi nəvəsi var.

Qeyd edək ki, məşhur fotoqraf P.Lindberqin "Vogue", "Vanity Fair" və "Harper's Bazaar" kimi böyük nəşrlərlə işləyib, Sindy Krauford, Keyt Moss, Naomi Kempbell, Monika Belluçi, Ancelina Coli və digər dünya ulduzlarının portretlərini çəkib.

P.Lindberq 80-ci illərin sonlarında "supermodellər əsri"ni başladıb və onun ərsəyə gətirdiyi fotoşəkillər dövrünün somvoluna çevrilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30