atatv.az
atatv.az

"Türkiyə nüvə silahı əldə etmək istəmir" - Rəcəb Tayyib Ərdoğan

5-09-2019, 09:06

"Türkiyə nüvə silahı əldə etmək istəmir" - Rəcəb Tayyib Ərdoğan
Türkiyə nüvə silahı əldə etmək istəmir.

Atatv.az-ın verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Bəzilərinin nüvə başlıqlı raketləri var, amma məndə onlar olmasın, mən bunu qəbul etmirəm".

Ölkənin maliyyə vsektorundakı vəziyyəti şərh edən Türkyiyə prezidenti qeyd edib ki, hazırda faiz dərəcələrinin və inflyasiyanın azalması müşahidə edilir. T.Ərdoğan bu tendensiyanın bundan sonrada davam edəcəyindən əmin olduğunu bildirib.

T.Ərdoğan qeyd edib ki, Türkiyə maliyyə baxımından uğurlu bir ölkədir: "Bu uğur iqtisadiyyat baxımından bizi daha güclü edir".

Onun sözlərinə görə, Türkiyənin 2020-ci il üçün məqsədi iqtisadi artım tempinin 5 faizə çatdırılmasıdır. /trend/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930