atatv.az
atatv.az

Ötən ay yaralanan əsgərimizdən xəbər var

5-09-2019, 15:23

Ötən ay yaralanan əsgərimizdən xəbər var

Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsin pozulması nəticəsində güllə yarası alan 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlunun müalicəsi davam edir.

Atatv.az xəbər verir ki, bu barədə trend-ə Babayev Həsənin özü məlumat verib. Onun sözlərinə görə, ağır əməliyyat olunmasına baxmayaraq, hər şey uğurlu keçib və müalicəsi uğurla davam etdirilir:

"Şükürlər olsun ki, sağalıram. Güllə yarası aldığım gün 4 saatdan artıq əməliyyat olundum. Sağ ayağımda şah damar zədələnmişdi, bu səbəbdən damar dəyişikliyi olundu. Hər iki ayağımda qəlpə yaraları var, hazırda yaralarımın birləşməsini gözləyirəm".

Xatırladaq ki, avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930