atatv.az
atatv.az

Mədəniyyət sülhə səsləyir...

6-09-2019, 12:40

Mədəniyyət sülhə səsləyir...

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində “Sülh aylığı” çərçivəsində “Mədəniyyət sülhə səsləyir” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Sülh Günü münasibətilə reallaşan tədbir Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə təşkil olunub.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova və Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Rəna Mahmudova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Natiqlər Beynəlxalq Sülh Günün əhəmiyyətindən danışıb, “Azərbaycan mədəniyyətində sülh” mövzusunda çıxış ediblər.

Tədbir çərçivəsində görkəmli bəstəkar Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poemasından, Firəngiz Əlizadənin “İntizar” operasından videogörüntülər nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30