atatv.az
atatv.az

Ramilə Qəhrəmanova nevropotologiya üzrə tanınmış mütəxəssisdir

7-09-2019, 13:05

Ramilə Qəhrəmanova  nevropotologiya üzrə tanınmış mütəxəssisdir
Bu gün hər kəsə bəlli olan həqiqət ondan ibarətdir ki, əsrlər boyu tibb elmi insan həyatında müstəsna rol oynamış və belə bir halın varlığı, zaman-zaman özünü subuta da yetirib. Ötən əsrlərdə Azərbaycan səhiyyəsi müəyyən göstəricilərə cavab verən inkişaf mərhələsinə yüksəlsə də, 21-ci əsrdə fərqli inkişafın əldə olunması qaçılmaz hal aldı. Çünki, tibb elminin inkişafı naminə hər il dövlət qayğısı artırıldı və belə bir səbəb üzündən də, ölkəmizdə səhiyyə sahəsinin müəyyən uğurlara qovuşması, eyni zamanda Azərbaycan səhiyyəsinin dünyanın bir çox inkişaf etmiş ölkələrinin səhiyyə sahəsinin göstəricilərinə cavab verən səviyyəyə çatması prosesi baş verdi. Fakt budur ki, son illər istər paytaxt Bakıda, istərsə də ətraf şəhər və rayonlarda, iri yaşayış məntəqələrində, hətta ən ucqar dağ kəndlərində yeni tibb müəssisələrinin inşa olunması, bəzilərində isə əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsi, səhiyyə müəssisələrinin müasir tibbi avadanlıqlarla təminatının lazımi səviyyədə ödənilməsi, bu sahədə savadlı, bacarıqlı, öz peşəsin sevən tibb işçilərinin əmək fəaliyyəti ilə məşğul olmaları və s. onu söyləməyə əsas verir ki, həqiqətən bu gün ölkəmizin səhiyyə sahəsi həm inkişaf edir, həm də getdikcə təkmilləşir. Çünki, bu gün dövlətimizin ən ali məqsədlərindən biri hər kəsə yüksək səviyyədə tibbi xidmət göstərmək, hər kəsin üzləşdiyi problemlərin vaxtında aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Bu gün əski sovet dönəmindən qalma elə səhiyyə müəssisələrimiz var ki, onlarda da yenidənqurma, müasirləşmə işləri sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən Azərbaycan səhiyyəsində olduqca peşəkar, savadlı, bacarıqlı, bu sahənin incəliklərinə dərindən yiyələnən həkimlərin, tibb işçilərinin çalışmaları və s. özünü göstərdikcə, hər kəsə göstərilən tibbi xidmətin səviyyəsi də yaxşılaşmaqda davam edir. Sözsüz ki, bu zaman lazımi təminolunmaların varlığı ilə bərabər, həyata keçirilən idarəetmənin təşkili, tibb müəssisələrində çalışan həkim kollektivinin savadlı, təcrübəli, qayğıkeş olmaları və digər halların varlığı mühim şərtlərdən biri hesab olunur.
Ramilə Qəhrəmanova  nevropotologiya üzrə tanınmış mütəxəssisdir
Son vaxtlar əməkdaşlarımızın bəzi səhiyyə müəssisələrində, o cümlədən Mərkəzi Klinik Xəstəxanada olmaları, bizim bu səhiyyə müəssisəsi haqda indiyə kimi bilmədiyimiz, hətta eşitmədiyimiz əksər mətləblərdən xəbərdar olmağımıza səbəb oldu. Məsələn, redaksiya əməkdaşlarımızın adı çəkilən səhiyyə müəssisəsi ilə bağlı əldə etdikləri məlumatlarda bildirilir ki, Mərkəzi Klinik Xəstəxana yarım əsirlik tarixə malik, olduqca nüfuzlu bir səhiyyə müəssisəsidir. Bu xəstəxananın binası 1963-cü ildə layihələşdirilmiş və tikinti işləri 01 oktyabr 1965-ci ildə başa çatdırıldıqdan sonra, hər kəsin istifadəsinə verilmişdir. Həmin illərdə başqa ünvanda fəaliyyət göstərən Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin 1 saylı Xəstəxanası, məhz bu binaya köçürülmüş və 1999-cu ilədək bu ünvanda fəaliyyət göstərmişdir. Mərkəzi Klinik Xəstəxananın ilk baş həkimi görkəmli səhiyyə işçisi və təşkilatçısı Məcid Ələsgər oğlu Hacıyev olmuşdur. Onu da qeyd edək ki, ilk əvvəl 300-çarpayılıq olan bu xəstəxana xüsusi bir kontingentə, o cümlədən yüksək dövlət və ictimai xadimlərə, vəzifəli şəxslərə tibbi xidmət göstərmiş və xalq arasında “Leçkomissiya” adı ilə də məhşurlaşmışdır. Bundan əlavə, adı çəkilən bu xəstəxana respublikamızın ilk müstəqillik illərində bir müddət Səhiyyə Nazirliyinin Reabilitasiya şöbəsinin 1 saylı xəstəxanası kimi fəaliyyət göstərmişdir. Çox keçmir ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu xəstəxananın binası, 01 may 1999-cu il tarixdən 01 mart 2001-ci il tarixə kimi beynəlxalq standartlara cavab verən formada rekonstruksiya olunur. 24 aprel 2001-ci il tarixindən isə, Türkiyə Cümhuriyyətinin “AHSEL” Holdinq Şirkətinə 10 il müddətinə idarəetməyə verilir və həmin vaxtdan da, Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlayır.
2007-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən xəstəxananın fəaliyyətinə yüksək səviyyədə etimad göstərilir və Mərkəzi Klinika adı altında, bu səhiyyə müəssisəsi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilir. 25 iyun 2009-cu il tarixdə Mərkəzi Klinikanın inkişafının məntiqi davamı olaraq, başqa bir ünvanda Ambulatoriya da fəaliyyətə başlayır. Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunsa da, həmin bina 2008-ci ildən etibarən bir il ərzində aparılan yenidənqurma işləri nəticəsində lazımi qaydaya salınır. Hazırda Mərkəzi Klinika Bakı şəhərində iki ünvanda -Parlament prospekti-76 ünvanında Xəstəxana, Zərifə Əliyeva-5 ünvanında isə, Ambulatoriya kimi xalqımıza tibbi xidmət göstərir. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən bu səhiyyə müəssisəsi, bu gün beynəlxalq standartlara tam cavab verir və yüksək səviyyəli xəstəxana olaraq da fəaliyyət göstərir. Mərkəzi Klinik Xəstəxana 3 blok, 4 şöbə (poliklinika, diaqnostika, stasionar, təcili yardım), 97 yataq, 4 əməliyyatxana, 12 yataqlı reanimasiya və intensiv terapiya bölmələrindən ibarətdir. Xəstə yataq otaqları 1 nəfərlik, 2 nəfərlik, CİP-VİP xüsusiyyətlidir. Əldə etdiyimiz başqa bir məlumatlara görə, hal-hazırda adı çəkilən bu xəstəxanada yüksək hazırlığa, dərin elmi biliyə malik olan 105 həkim, 250-yə yaxın tibb bacısı, kiçik tibb işçiləri və inzibati personal da daxil olmaqla, cəmi 600 personal fəaliyyət göstərməkdədir.
Ramilə Qəhrəmanova  nevropotologiya üzrə tanınmış mütəxəssisdir
Bəli, hal-hazırda adı çəkilən bu xəstəxanada çalışan və yüksək hazırlığa malik olan həkimlərin, tibb bacılarının səy və bacarıqları sayəsində, Mərkəzi Klinik Xəstəxananın adı daha da məşhurlaşmaqdadır. Artıq neçə illərdir ki, bu səhiyyə müəssisəsində çalışan və hər zaman, hər an üzərinə düşən peşə borcunu yüksək səviyyədə yerinə yetirən, xəstələrə qarşı həkim nəvazişi nümayiş etdirən, davranışı və səmimi yanaşması ilə onların sağalmalarına yollar açan həkimlərdən biri də, Qəhrəmanova Ramilə Nizami qızıdır. Bu xanımın təhsili, bugünkü iş fəaliyyəti haqda lazımi məlumatları əldə edərkən o da bəlli oldu ki, Ramilə Qəhrəmanova orta təhsilini Bakı şəhərində başa vurub və 1998-2004-cü illər ərzində Azərbaycan Tibb Universitetinin müalicə-proflaktika fakültəsində ali təhsil almağa da müyəssər olub. Nevropotoloq ixtisasına sahib olan Ramilə xanım, ilk dəfə əmək fəaliyyətinə Mərkəzi Klinik Xəstəxanadan başlayır və o, əvvəlcə asisent-həkim, 2009-cu ildən isə, peşəkar həkim olaraq sevib seçdiyi nevropotoloq ixtisası üzrə çalışmaqdadır. Əldə etdiyimiz başqa bir məlumatlara görə, adı çəkilən bu xanım Mərkəzi Klinik Xəstəxanada çalışdığı illər ərzində, həmin səhiyyə müəssisəsinin xəttilə bir neçə Avropa ölkələrində keçirilən konfraslarda iştirak edir. Hətta, o, iki dəfə qardaş Türkiyə dövlətində keçirilən kurslarda da iştirak edir. Xarici ölkələrdə keçirilən tədbirlər zamanı tibb elminin incəliklərinə daha dərindən yiyələnməyə çalışan Ramilə Qəhrəmanova, keçirilən konfrans və kurslarda elə bir göstəricilər əldə etməyi bacarır ki, rəhbərlik onun atdığı addımların hər birini yüksək səviyyədə qiymətləndirir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Ramilə Qəhrəmanova gənc olsa da, o, hal-hazırda nevropotoloq ixtisası üzrə peşəkar mütəxəssisə çevrilib və göstərdiyi yüksək peşəkarlığına görə, xüsusi ad-san da qazanıb. Digər tərəfdən o, “Hippokrat andı”na sadiq qalan və bu gün Azərbaycan səhiyyəsinin inkişafında dərin iz buraxan həkimlərimizdən biridir. Bugünə kimi onun şəfalı əllərindən məlhəm alan hər kəs, həm ona hörmət-izzət bəsləyir, həm də dərin etiramlarını bildirirlər. Bəli, belə bir yanaşmanın varlığı hər bir həkimin xəstələrə göstərdiyi qayğıdan, xəstənin ümumi vəziyyətini lazımınca qiymətləndirməyi bacarmasından, düzgün qərar qəbul edə bilməsindən çox asılıdır. Açıq-aşkar şəkildə qeyd edə bilərik ki, bu gün Ramilə Qəhrəmanova Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır. Məsələn, bir neçə gün bundan öncə əslən Gədəbəy rayonundan olan, hal-hazırda isə Sumqayıt şəhərində yaşayan və Ramilə Qəhrəmanovanın şəfalı əllərində məlhəm alan, uzun illərdən bəri səhhətində davam edən problemi aradan qalxan Bayramov Murad Nəsib oğlu əməkdaşımızla söhbətində bildirir ki, “Ramilə xanım qeyri-adi istedada malik olan həkimlərimizdəndir. Çünki, uzun illər idi ki, nevroloji problemimin varlığı, sanki məni ölüm təhlükəsi ilə üz-üzə qoymuşdu. Buna baxmayaraq, adı çəkilən həkimin qısa müddət ərzində həyata keçirdiyi müalicəsi məni həyata qaytarmış oldu. Şükürlər olsun, bu gün səhhətim tam qaydaya düşüb, özümü çox gümrah hiss edirəm. Ona görə də, Ramilə Qəhrəmanovaya təşəkkür etməyi, dərin minnətdarlıq hissimi çatdırmağı, sanki özüm üçün bir borc bildim.
Eşitdiyim məlumatlara görə, Ramilə xanımın zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması, hər kəsə qarşı xoş, səmimi, yüksək insani münasibət bəsləməsi və s. bugünə kimi çoxsaylı xəstələrin şəfa tapması ilə nəticələnib. Bu xanımın səmimiyyətini hiss edən hər kəs, hətta o, böyük Allah-Təalaya dua edir ki, şükür sənə ey bizi Yaradan!. Nə yaxşı ki, səhiyyəmizdə Ramilə Qəhrəmanova kimi həkimimiz var. Çünki o, bu günədək nəinki Bakı şəhər sakinlərinə, hətta ətraf şəhər və rayonlardan, digər bölgələrdən hüzuruna üz tutan hər kəsə şəfa vermiş, bir kimsədən diqqət və qayğısını əsirgəməmişdir. Belə bir səbəblər üzündən də, bu gün Ramilə xanımın adı çəkiləndə hər kəs ona hörmətini, ehtiramını bildirir, hüsnü-rəğbət bəslədiklərini də ifadə edirlər”.
Bəli, bütün bunlar olduqca uğurlu yanaşma, Azərbaycan səhiyyəsinin inkişafı naminə atılan addımlardır. Yaxşı halın varlığı odur ki, hər kəs çalışdığı sahədə öz təcrübəsi, bacarığı, savadı ilə fərqlənsin və üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi də bacarsın. Belə bir göstəriciləri və digər keyfiyyətləri ilə fərqlənən Ramilə Qəhrəmanova, bu gün Azərbaycan səhiyyəsində xüsusi ad-san qazanıb ki, bu da hər an ona başucalığı gətirməkdədir. İnanırıq ki, adı çəkilən bu xanımın peşəkarlığa söykənən fəaliyyəti, məhz onun adının ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da məşhurlaşmasına səbəb olacaq. Sözsüz ki, belə bir uğurlar, əldə olunan bütün naliyyətlər Mərkəzi Klinik Xəstəxananın artan nüfuzuna təsir edən amillərin varlığıdır.

Hazırladı: Kamal Mirzə
AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30