atatv.az
atatv.az

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

10-09-2019, 13:43

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) dünya liderlərinin diqqətini çəkmək üçün yeni layihəyə imza atıb.

Atatv.az Publika.az-a istinadan xəbər verir ki, hər biri ötən il müharibələrdə və hərbi qarşıdurmalarda ölən uşaqları təmsil edən 3758 məktəbli çantası ilə BMT-nin Mərkəzində "təmsilli məzarlıq” yaradılıb.

Bununla sentyabrın son həftəsində BMT Baş Assambleyası iclasları çərçivəsində toplaşacaq dünya liderlərinə uşaqların qorunması çağırışı edilib.
UNICEF-in direktoru Henrietta Fore verdiyi açıqlamada hər zaman ümidin simvolu olan məktəbli çantasının bu dəfə məzar daşı olduğunu və bu formada savaşlarda ölən uşaqlara diqqət çəkmək istədiklərini ifadə edib.

BMT-nin hesabatına görə, ötən il müharibədə 12 mindən çox uşaq ölüb, yaralanıb və ya şikəst qalıb.

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30