atatv.az
atatv.az

Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək

11-09-2019, 11:59

Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək

AtaTv.az a daxil olan məlumata gorə Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 18 sentyabr 2019-cu il tarixində Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək. 19 sentyabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. 20 sentyabr 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Gəncə şəhəri Heydər Əliyev Mərkəzində, Göygöl və Naftalan sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Gəncə, Samux, Göygöl, Daşkəsən, Naftalan, Goranboy, Kəlbəcər və Xocalı sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30