atatv.az
atatv.az

Aşura günü “İmam Hüseyin” məscidində izdiham yaşandı

10-09-2019, 16:36

Aşura günü “İmam Hüseyin” məscidində izdiham yaşandı

Ötən il Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına əsaslı təmir olunan “İmam Hüseyn” məscidi çox keçmədi ki, hər kəsin ixtiyarına verildi. Bu olduqca sevindirici hal oldu və belə bir imkan, lazımi şərait yaradıldığına görə, bu gün adı çəkilən məscidə üz tutan hər kəs ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduğunu bildirir. Fakt budur ki, hal-hazırda Azərbaycan dövləti və onun rəhbərliyi dindarlar üçün bütün şəraiti yaradıb. Məscidlərimiz təmir olunur, ölkəmizdə başqa dinlərə olan münasibət yüksək səviyyədə qorunub saxlanır. Bir sözlə, Azərbaycanda din-dövlət münasibətləri bu gün yüksək səviyyədədir.
Bu ilin sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, yəni Aşura günü qeyd olundu. Aşura günü ilə əlaqədar ölkəmizdəki bütün məscidlərdə, o cümlədən “İmam Hüseyn” məscidində də İmam Hüseyn əzadarlığı keçirildi. Yüzlərlə, minlərlə insan məscidlərə üz tutub mərasimlərdə iştirak etdilər, şəhid İmam Hüseyni (ə) və onun silahdaşlarını xatirələrini bir daha yada saldılar. Keçirilən məclislərdə xütbələr oxundu, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışıldı.
Məlumat üçün onu da bildirək ki, Məhərrəm ayının əsas hadisəsi, məhz Aşura və ya Kərbəla hadisəsidir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr, bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biri hesab olunur. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhid olublar. Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalırlar. Nəhayət, məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə onları şəhid edirlər. Kərbəla şəhidlərinin kəsilmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparırlar. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirirlər və Peyğəmbər (s.ə.s) nəvəsinə yas tuturlar. Baş verən belə bir hadisədən sonra bu mərasimlər hər il davamlı olaraq keçirilməkdədir.
Aşura günü ilə bağlı tədbirlər “İmam Hüseyn” məscidində də yüksək səviyyədə keçirildi və biz bunun canlı şahidi olduq. Məscidə axın edən yüzlərlə insanın təhlükəsizliyini təmin etmək üçün, güc strukturları gücləndirilmiş iş rejiminə keçmişdilər. Məscidin qarşısında nəqliyyat vasitələrinin saxlanmasına nəzarətlə bağlı ilk əvvəl çağırış yayıldı, hər kəsin qanun-qaydalara əməl etməsi diqqətlərinə çatdırıldı. Məscidin içərisində də daxili təhlükəsizlik yüksək səviyyədə həyata keçirilmişdi və insanların rahat şəkildə dini ibadət etmələrinə imkan yaradılmışdı. Bu və digər məsələlərlə bağlı əməkdaşımızın suallarını cavablandıran məscidin axundu Hacı Əbdül Əbdülov bildirir ki, “ötən ildən başqa hər il bizim məsciddə keçirdiyimiz tədbirlər olduqca izdihamlı olub. Çünki, ötən il məscidimiz təmir olunurdu. Bu gün “İmam Hüseyn” məscidində hər kəsin rahat dini ibadət etməsi üçün lazımi şərait yaradılıb. Həmin gün məscidə üz tutan ziyarətçilər də, ürəklərindən keçən ən xoş arzularını bildirirdilər. Keçirilən tədbirdə islama uyğun mərsiyələrin deyilməsi, duaların oxunması, hər kəsin o, böyük Yaradana olan inamından irəli gəlirdi. Bəli, İslam dinində dəyərlərin çox qiymətli olduğunu görməmək mümkün deyil. Məscidin həyətində şəhid olan imamların adına ehsan da verildi.

Hazırladı: Rasafil Bayramov
AtaTv.az saytının rəhbəri

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30