atatv.az
atatv.az

Cavan Zeynallı: Bütün həyatımı musiqiyə, sənətə həsr etmişəm

13-09-2019, 14:01

Cavan Zeynallı: Bütün həyatımı musiqiyə, sənətə həsr etmişəm

Mənə verilən mükafata görə bu gün çox sevincliyəm. Bu, mənim sənətimə verilən çox yüksək qiymətdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Muzey Mərkəzində incəsənət xadimlərinə orden, medal və fəxri adların təltifetmə mərasimində Xalq artisti Cavan Zeynallı deyib.

“Bütün həyatımı musiqiyə, sənətə həsr etmişəm. Hələ məktəbdə, musiqi texnikumunda, Konservatoriyada təhsil alarkən oxumağa başlamışam. Sonradan fəaliyyətimi “Qaya” ansamblında davam etdirdim. Bu, mənim üçün gözəl bir məktəb oldu. Xalq artisti fəxri adı mənim üçün böyük mükafatdı. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Çünki, onlar Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük qayğı ilə yanaşırlar. Düşünürəm ki, bu cür mükafatları insan gərək gözləməsin. Çünki çəkilən zəhmətin müqabilində o, özü gələcək”, -deyə C.Zeynallı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930