atatv.az
atatv.az

"Vətən Naminə İnkişafa Doğru" İctimai Birliyinin gənclik mövzusunda keçirdiyi tədbir maraqlı alınıb

15-09-2019, 14:00

"Vətən  Naminə İnkişafa Doğru" İctimai Birliyinin gənclik mövzusunda keçirdiyi tədbir maraqlı alınıb

"Vətən Naminə İnkişafa Doğru" İctimai Birliyi Gənclər Təşkilatının xətti ilə, Bakı Mətbuat Mərkəzində dünən keçirilən tədbirin əsas mövzusu Azərbaycan gəncliyinin inkişafındakı başlıca prinsip və problemlərin müzakirəsinə həsr olunub. Dövlət himninin səsləndirilməsindən sonra, giriş sözü ilə tədbiri açan İctimai Birliyin sədri Hacı Əbdül Əbdülov deyib ki, bu mövzu geniş əhatəli olduğundan, barəsində çox danışmaq lazımdır. Elə, bu səbəbdəndir ki, gənclik faktoru Azərbaycanın dövlət siyasətində də başlıca yer tutub. Gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Onun mövcud olması üçün sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Gəncliyin möhkəm olması isə, böyüməkdə olan nəslin sağlam təfəkküründən daha çox asılıdır. "Vətən Naminə İnkişafa Doğru" İctimai Birliyi daim Azərbaycanın xoş gələcəyinin qurucuları olan gənclərimizlə bir yerdə olmaqdan dai qürur duyub və onları ali hakimiyyətlə bir yerdə olmağa, pis əməllərdən, ələlxüsus, narkomaniyadan uzaq olmağa çağırıb.
Birlik sədrinin gənclər və idman üzrə müavini Elgün Allacov, gənclər təşkilatının rəhbəri Həbib Alıyev,
Sumqayıt gənclər təşkilatının sədri Vüqar Məmmədbəyli və biir çox idmançılar, iş adamları, hüquqşünaslar, eləcə də gənc xanım tələblər də, öz çıxışlarında qeyd etdilər ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
Natiqlər öz çıxışlarında onu da xüsusi vurğulayıblar ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldublar.
Ümummilli liderimizin öz siyasətində daima gənclərə qayğı göstərməsinin, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verməsinin, həmişə gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görməsinin müsbət nəticəsidir ki, bu gün də gənclər diqqətdən kənarda qalmır. Ölkə başçısı ilə bərabər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iş planlarında gənclərlə təmas önəmli yer tutur. Bu diqqət və qayğıya görə də, Birlik ətrafında birləşən gənclər daim Mehriban xanım Əliyevanın dəstəkçisi olmağa hazır olduqlarını bəyan ediblər.
Yüksək səviyyədə keçirilən tədbirin sonunda xatirə şəkilləri çəkilib. Həmçinin
gənc rəssam Cavanşir Məmmədovun öz əl işlərinə baxış təşkil olunub. Gənc rəssamın Mehriban xanım Əliyevaya həsr etdiyi bir BUTA şəkili isə, diqqətləri cəlb edib. Nümaiş etdirilən bu şəkilin içində xanımın adının yazılması xüsusi sənətkar məharəti ilə təsvir edildiyindən, elə, bu böyük marağa səbəb olub.

Rasafil BAYRAMOV.
AtaTv.az xəbər portalın rəhbəri.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031