atatv.az
atatv.az

Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO

16-09-2019, 17:14

Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları Nəvai postu ərazisində körpənin həyatını xilas edib.

Atatv.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə avqust ayının 18-də baş verib. Belə ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kənd sakini Məhmət Ağayev avtomobili ilə Nəvai postu ərazisindən keçərək 1 aylıq övladı qıcolma keçirib. Bu zaman sürücü avtomobili postun ərazisinə sürüb.

YPX əməkdaşları – serjantlar Hüseyn Hüseynov, Asim Vəliyev, Asif Əliyev və Anar Əsədov təcili olaraq körpəyə ilkin tibbi yardım göstəriblər. Ardınca patrul avtomobili ilə körpə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Bu gün isə körpənin valideynləri postun ərazisinə gələrək özləri ilə gətirdikləri qurbanlıq qoçu kəsmək istəyiblər. Qoç kəsildikdən sonra yol polisi əməkdaşları onun ətinin imkansız ailələrə paylanmasını istəyib. Bu maraqlı anlar vətəndaşlardan biri tərəfindən çəkilib.

Görüntüləri təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031